Dəyərli.Cloud

Dəyərli.Cloud planları və qiymətləri

Dəyərli.Cloud-da gizli ödəniş yoxdur: pulsuz planla başlayır, ehtiyac artanda Pro plana keçir və ya əlavə yaddaş paketi alırsınız. Abunə avtomatik uzanmır — kartınızdan avtomatik pul çıxılmır. Bütün qiymətlər Azərbaycan manatı (AZN) ilədir.

Plan müqayisəsi

Aylıq qiymətlər və plan imkanları
PlanYaddaşAylıq qiymətİllik endirimİmkanlar
Pulsuz 15 GB Pulsuz 15 GB yaddaş, Fayl yükləmə (gündə 20 fayl), Açıq link paylaşma, Müddətli linklər, Əsas dəstək
Pro 150 GB ₼4.90/ay 20% 150 GB yaddaş (10x daha çox), Limitsiz fayl yükləmə, Şifrəli link paylaşma, Qrup paylaşma, Cloudflare R2 (ultra sürətli), Müddətli linklər, Prioritet dəstək, Kütləvi yükləmə

Əlavə yaddaş paketləri

Plan dəyişmədən yalnız yaddaşı artırmaq istəyirsinizsə əlavə paket ala bilərsiniz:

Ödəniş üsulları

Plan bitəndə nə olur?

Pro müddəti bitdikdən sonra qısa güzəşt müddəti verilir; bu müddətdə də ödəniş olmasa hesab pulsuz plana keçir. Fayllarınızın heç biri silinmir — mövcud fayllara baxış və endirmə davam edir, yalnız limitdən artıq yeni yükləmə dayanır. Yeniləmək üçün planlar səhifəsindən yenidən ödəniş edirsiniz.

Tez-tez soruşulan suallar

Dəyərli.Cloud nədir?
Dəyərli.Cloud Azərbaycan dilində bulud fayl saxlama platformasıdır. Fayllarınızı buluda yükləyir, təhlükəsiz saxlayır və link, şifrə və ya QR kod vasitəsilə paylaşırsınız. Pulsuz planda 15 GB yaddaş verilir.
Pulsuz istifadə etmək olar?
Bəli. Qeydiyyatdan sonra 15 GB yaddaş dərhal aktivləşir və kart məlumatı tələb olunmur. Pro plan isteğe bağlıdır.
Hansı ödəniş üsulları var?
Hazırda bank kartına köçürmə ilə ödəyə bilərsiniz. Onlayn ödənişdə plan dərhal, köçürmələrdə isə çek təsdiqindən sonra (adətən 10–60 dəqiqə) aktivləşir.
Pulsuz planda nə qədər yer var?
Pulsuz planda 15 GB yaddaş verilir. Pro plana keçsəniz 150 GB — 10 dəfə daha çox yer əldə edirsiniz.
İllik abunə ilə nə qazanıram?
İllik abunədə aylıq qiymətdən 20% endirim qazanırsınız — ildə ₼11.76 qənaət. Kupon kodu ilə əlavə endirim də mümkündür.
Kupon kodları necə işləyir?
Kupon kodunu daxil edib "Tətbiq et" düyməsinə bassanız, endirim avtomatik bütün qiymətlərə əks olunur və digər endirimlərlə birlikdə tətbiq edilir.
Abunəliyi ləğv edə bilərəmmi?
Bəli, istənilən vaxt ləğv edə bilərsiniz. Plan müddətinin sonuna qədər bütün Pro imkanları aktiv qalır.
Plan bitəndə fayllarım silinəcəkmi?
Xeyr, fayllarınız silinmir. Yaddaş limitini aşsanız yeni fayl yükləyə bilməzsiniz, ancaq mövcud fayllarınız təhlükəsiz qalır və endirilə bilər.
Abunə avtomatik uzanırmı?
Xeyr. Kartınızdan avtomatik pul çıxılmır — müddət bitəndə Pro-nu davam etdirmək üçün planlar səhifəsindən yenidən ödəniş etməlisiniz. Bitmə tarixindən sonra 2 günlük güzəşt müddəti verilir, bu müddətdə Pro imkanları işləməyə davam edir.
Pro bitib, necə bərpa edim?
Planlar səhifəsində Aylıq və ya İllik müddəti seçin, varsa kupon kodunu tətbiq edin və "Pro-nu yenilə" düyməsinə basın. Ödəniş tamamlananda yaddaşınız və bütün Pro imkanları geri qayıdır — köhnə fayllarınıza heç nə olmur.
Müddət bitmədən yeniləsəm qalan günlərim nə olur?
Yeni müddət ödəniş anından başlayır (aylıq üçün 1 ay, illik üçün 1 il). Ona görə erkən deyil, bitmə tarixinə yaxın yeniləmək daha sərfəlidir.
Fayllarım təhlükəsizdirmi?
Bəli. Bağlantı HTTPS ilə şifrələnir, paylaşma linklərinə parol və müddət qoya bilərsiniz, şifrəli qovluqlar isə əlavə qorunma verir. Fayllarınızı yalnız siz və linki paylaşdığınız şəxslər görür.

Pulsuz hesab yarat — 15 GB dərhal aktivləşir.